Hərbi xidmətdən gəlib həmkəndlisini öldürən şəxsin istintaqı başa çatıb
20:02 26 Mart 2020
Yevlaxda qətl törətməkdə təqsirli bilinən Yasin Çuqayın cinayət işi üzrə istintaqı başa çatıb.
Femida.az -ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 9-da Yevlax rayonunun Havarlı kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü Rasim Nazarovun kəsilmiş-deşilmiş xəsarətlə Mingəçevir şəhər xəstəxanasına gətirilməsi və orada ölməsi barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən kənd sakini, 2002-ci il təvəllüdlü Yasin Çuqay saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib
Xatırladaq ki, hadisəni törədən şəxs bir həftə əvvəl hərbi xidmətini başa vuraraq kəndə qayıdıb.
Oxunub: 613
Oxşar xəbərlər
- Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb
- Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
- Hərbi qulluqçumuz VƏFAT ETDİ
- Hərbi qulluqçuların məcburi icbari narkoloji müayinədən keçirilməsinə dair layihə qəbul edilib
- Hərbi Hava Qüvvələrində təlimlər keçirilib
- Hərbi Prokurorluğun nümayəndələri azad edilən ərazilərə gedib
- Hərbi prokurorun müavini vəzifəsindən azad edilib
- Hərbi prokurorluq işçiləri olmayan hərbçilərin maaşı artırılıb
- Hərbi Prokurorluqda kollegiya iclası keçirilib
- Hərbi forma geyinən bu şəxslər cərimə olunacaq