Operativ Qərargahda xüsusi karantin rejiminin tətbiqi ilə bağlı vəziyyət müzakirə edilib
20:30 26 Mart 2020
Martın 26-da Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, iclasda xüsusi karantin rejiminin tətbiqi və vətəndaşların rejimin tələblərinə əməl etməsinə dair vəziyyət, vətəndaşların müraciətləri əsasında qaldırılmış məsələlər müzakirə olunub.
Baş Nazir Ə.Əsədov bildirib ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmalıdır və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir.
İclasda qeyd edilib ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində 746 nəfər inzibati, 1 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.
Şəhər və rayon icra hakimiyyəti orqanlarına ciddi şəkildə göstəriş verilib ki, xüsusi karantin rejiminə əməl olunması və ona nəzarət ən vacib tapşırıqdır.
Bundan əlavə xaricdən gələn vətəndaşların təxliyyəsi, karantin yerlərində vəziyyət, xəstələrin müalicəsi kimi məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Oxunub: 507
Oxşar xəbərlər
- Operativ Qərargah: “Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçib”
- Operativ Qərargah "Omikron" ştamı ilə bağlı tapşırıqlar verib
- Operativ Qərargah rəsmisindən sərt qapanma ehtimalı ilə bağlı AÇIQLAMA - VİDEO
- Operativ Qərargah brifinq keçirir - CANLI YAYIM
- Operativ Qərargahın bu qadağası ləğv olundu - RƏSMİ
- Operativ Qərargah brifinq keçirir - CANLI YAYIM
- Operativ Qərərgah açıqlama yaydı
- Operativ Qərargah yoluxmanın dinamikasını və peyvəndləmə prosesini müzakirə edib
- Operativ Qərargahdan səhiyyə müəssisələrinə vaksinləmə proseduru ilə bağlı tapşırıq
- Operativ Qərargahda pandemiya ilə bağlı respublika müşavirəsi keçirilib