İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı dəyişib


21:16     26 Mart 2020 20_03_26_1585241321.jpg

Nazirlər Kabineti “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nda dəyişiklik edib.

Femida.az -ın məlumatına görə, qərara əsasən, aprel – iyun aylarında Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında tətbiqi nəzərdə tutulan icbari tibbi sığortanın müddəti dəyişdirilib.

Bu ərazilərlə icbari tibbi sığortanın tətbiqi iyul – sentyabr aylarına təxirə salınıb.



Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli qərarına əsasən, Şirvan şəhərində, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında icbari tibbi sığortanın tətbiqi iyul – sentyabr aylarında nəzərdə tutulub. Beləliklə, son dəyişiklikdən sonra Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında da icbari tibbi sığortanın tətbiqi həmin rayonlarla eyni vaxtda başlayacaq.

Açar sözlər:

Oxunub: 253