İtaliyada koronavirusdan ölənlərin sayı 8 mini ötüb


21:50     26 Mart 2020 20_03_26_1585245096.jpg

İtaliyada son sutkada koronavirusdan 662 nəfər ölüb, 6153 nəfərdə isə yeni yoluxma qeydə alınıb.

Femida.az "Hürriyyət"ə istinadən xəbər verir ki, bununla İtaliyada virusdan ölənlərin sayı 8165 nəfərə yüksəlib.

Qeyd edək ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 80 539 nəfərdir.

Açar sözlər:

Oxunub: 503