Ermənistanda koronavirusdan ilk ölüm qeydə alındı


21:53     26 Mart 2020 20_03_26_1585245359.jpg

Ermənistanın paytaxtı Yerevanda koronavirusa yoluxmuş yaşlı şəxs ölüb.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Nork" xəstəxanasında ölüm hadisəsi qeydə alınıb. 72 yaşlı pasiyentdə koronavirus, həmçinin ikitərəfli sətəlcəm, hipertoniya və ürəyin ritmik pozulması vardı. Təəssüf ki, pasiyentin həyatını xilas etmək mümkün olmadı", - nazirliyin xəbərində qeyd edilir.

Açar sözlər:

Oxunub: 458