Vilayət yvazov: "746 nəfərə inzibati xəbərdarlıq edilib"
09:16 27 Mart 2020
"Ölkənin müxtəlif yerlərində postlar qoyulub, lakin buna baxmayaraq bəzi vətəndaşlarımız həm öz, həm də xidmət edən polis əməkdaşlarının həyatını riskə ataraq, tələb olunan karantin rejiminin qaydalarını pozurlar".
Femida.az xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib.
O deyib ki, bununla bağlı 746 nəfərə inzibati xəbərdarlıq edilib, digər tədbirlər görülüb:
"Bir nəfərə isə cinayət işinin qaldırılması istiqamətində işlər aparılır. Bakıya gəlişin məhdudlaşdırılmasına baxmayaraq, vətəndaşlar postlara qədər həm maşınla, həm də maşınsız gəlib, sonra da paytaxta girməyə cəhd edirlər. Belə şəxslərin 99 nəfəri konkret müəyyən olunub, barələrində müvafiq tədbirlər görülüb".
Femida.az
Oxunub: 695
Oxşar xəbərlər
- Vilayət Eyvazov komendant təyin edildi - SƏRƏNCAM
- Vilayət Eyvazov: “Cinayətlərin 87 faizinin açılması təmin olunub”
- Vilayət Eyvazov yeni inzibati binaların açılışını etdi
- Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi
- Vilayət Eyvazov Salyana yeni rəis təyin etdi
- Vilayət Eyvazov Daxili Qoşunların hərbçilərinə mükafatlar təqdim etdi
- Vilayət Eyvazov baş mühəndisi rəis təyin etdi