Ermənistanda koronavirusa yoluxanların sayı 329-a çatıb


13:50     27 Mart 2020 20_03_27_1585299273.jpg

Ermənistanda koronavirusa 39 yeni yoluxma qeydə alınıb.

Femida.az -ın “Armenpress”ə istinadən verdiyi məlumata görə, bununla da koronavirusa yoluxanların sayı 329-a çatıb.

Martın 26-da Ermənistanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

Ermənistanda pandemiya ilə əlaqədar martın 26-dan aprelin 14-dək fövqəladə vəziyyət elan olunub.

Açar sözlər:

Oxunub: 187