Belə olsa, Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq... – BNA açıqladı


15:13     27 Mart 2020 20_03_27_1585305876.jpg

"Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırıla bilər".

Bunu Femida.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev deyib. Onun sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı Nazirlər Kabinetinin verdiyi qərarlara əməl olunmasa, Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq:

"Bakı şəhərində nəqliyyatın fəaliyyəti dayandırılmayıb. Sadəcə, ictimai nəqliyyatdan istifadə edənlərə xəbərdarlıq edilib. Əgər qoyulan qaydalara əməl olunmasa, insanlar evdə qalmayıb istədikləri zaman küçələrə çıxsalar, o zaman ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq".

Qeyd edək ki, sosial şəbəkələrdə BNA adından ölkədaxili, şəhərlərarası hərəkətin tamamilə qadağan odulması, Bakıda marşrut xətlərinin fəaliyyətinin dayandırılmasıyla bağlı xəbər yayılıb.

Açar sözlər:

Oxunub: 680