Fransada 16 yaşlı qız koronavirusdan ölüb


16:44     27 Mart 2020 20_03_27_1585313127.jpg

Fransada 16 yaşlı qız koronavirusdan (COVID-19) ölüb.

Femida.az -IN məlumatına görə, “L’Express” xəbər verir ki, Fransa vətəndaşı olan qızda ötən həftə az öskürək müşahidə olunub. Daha sonra onun vəziyyəti pisləşib, öskürəyi artıb, boğulmalar başlayıb, nəticədə xəstəxanaya yerləşdirilib.

Xəstəxanada ona koronavirus diaqnozu qoyulub, bir neçə gün sonra isə infeksiyanın yaratdığı nəfəs problemindən vəfat edib. O, Avropada koronavirusun ən gənc qurbanı olub.

Valideynləri bildirib ki, qızın heç bir xroniki xəstəliyi və şikayəti olmayıb.

Açar sözlər:

Oxunub: 428