DİN: Sosial şəbəkələrdə yayılan sənəd saxtadır


20:55     27 Mart 2020 din-den%20seyyar%20xidmet.jpg

Sosial şəbəkələrdə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Teymur Hacıyevin adından yayılan sənəd saxtadır.


Femida.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.
Onun sözlərinə görə, hazırda daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərindən irəli gələn məsələləri icra etməkdədir: "Sosial şəbəkələrdə yayılan bu məlumat yalandır. Vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırıram".

Qeyd edək ki, sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini Teymur Hacıyevin adından yayılan sənəddə sabah saat 06:00-dan etibarən şəxsi avtomobillərin hərəkətinə və insanların küçəyə çıxmasına qadağa qoyulduğu yazılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 427