Restoran, kafe və çayxanalar bağlandı


21:46     27 Mart 2020 2018/04/kafe-yuksek-ses_1524898904.jpg

Sabahdan etibarən xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılır.

Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

Qeyd edək ki, Azərbaycanda 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir.

Femida.az


Açar sözlər:

Oxunub: 2325


Oxşar xəbərlər