Bakıda avtomobillərin qənimi tutuldu


19:52     01 Dekabr 2015 arrest_1111148.jpg

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub.


Bakı Şəhər Baş Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, Gəncə prospektində Anar Zamanova məxsus “Toyota-Prado” markalı avtomobildən şüşəni sındırmaqla saxlanc yerindən 270 manat və sənədlər oğurlanıb. A.Zamanov oğurluq edən şəxsi görüb tutmaq istəyərkən o, “Lada-Priora” markalı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb.

Bundan başqa, Sadıqcan küçəsində Zaməddin Sadıqova məxsus “Mercedes” markalı avtomobildən şüşəni sındırmaqla saxlanc yerindən sənədlər və H.Aslanov küçəsində Fazil Məmmədova məxsus “Toyota Land-Cruser” markalı avtomobildən şüşəni sındırmaqla qızıl-zinət əşyaları, 2 ədəd mobil telefon oğurlanıb.

Xətai Rayon Polis İdarəsi Cinayət-axtarış şöbəsi, 35, 36 və 37-ci Polis bölmələrinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sadalanan soyğunçuluq hadisələrini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Adil Cəlilov idarə etdiyi “VAZ-21723” markalı avtomobillə İ.İsmayılov küçəsində saxlanılıb.

Avtomobilə baxış zamanı oğurlanmış əşyalar aşkar edilərək götürülüb

Açar sözlər:

Oxunub: 908