ABŞ-da virusa yoluxanların sayı 90 mini ötdü


21:50     27 Mart 2020 2020/01/koronovirus2_1580468432.jpg

ABŞ-da koronavirusa yoluxanların sayı 92,9 min nəfərə çatıb, 1380 nəfər dünyasını dəyişib.

Femida.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Conson Hopkins Universiteti məlumat yayıb.

Ölüm hallarının sayına görə Nyu-York (365 nəfər) və Kinq (109 nəfər) şəhərləri liderlik edir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib.


Femida.az

Açar sözlər:

Oxunub: 405