Gənc qızın boğazını kəsib öldürən taksi sürücüsünün məhkəməsi başlayıb
09:51 28 Mart 2020
Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlaxda gənc qızın boğazını kəsərək öldürməkdə təqsirləndirilən Fərmanov Əhliman İbiş oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Femida.az -ın məlumatına görə, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Növbəti məhkəmə prosesi aprelin 10-a təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin mayın 25-də Yevlax rayonunda baş verib. Varvara kəndi ərazisindən keçən su kanalının kənarında boğaz nahiyəsində xəsarəti olan 25-30 yaşlı qadın meyitinin tapılması barədə Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə onun Bakı şəhər sakini Alyona Yanqarova olması müəyyən edilib.
A.Yanqarovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Qaramanlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Fərmanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bakı şəhər sakini A.Yanqarovanın boğazını kəsərək meyitini Varvara kəndindən keçən su kanalına atan Ə.Fərmanov taksi sürücüsü olub.
İcarəyə götürdüyü avtomobillə Bakı şəhəri Yevlax-Mingəçevir istiqamətində taksi fəaliyyəti göstərən Ə.Fərmanov gənc qıza hücum edərək onun üzərindəki pulları və digər qiymətli əşyaları götürüb. Hadisə vaxtı maşında onlardan başqa heç kim olmayıb. Ə.Fərmanov daha sonra qızın boğazını kəsərək onun öldüyünə əmin olmaq istəyib və meyitini su kanalına ataraq uzaqlaşıb.
Ona Cinayət Məcəlləsinin 120.2.11 (quldurluğa görə adam öldürmə) maddəsi ilə ittiham verilib.
Oxunub: 499
Oxşar xəbərlər
- “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən maarifləndirici çarx çəkilib
- Gənclərə biznes və karyera ilə bağlı təlim keçirilib
- Ağdamda 23 yaşlı gənc itkin düşüb
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb
- Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb
- Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
- Xəzər dənizində batan gəncin meyiti tapılıb
- Bakıda gənc qız və oğlan itkin düşüb
- Taxtakörpü-Ceyranbatan su kanalında batan gəncin meyiti tapılıb
- Taxtakörpü-Ceyranbatan su kanalında gənc oğlan batıb