Zərdab rayonuna yeni polis rəis müavini təyin edilib


12:14     28 Mart 2020 20_03_28_1585383211.jpg

Zərdab rayonuna yeni polis rəis müavini təyin edilib.

Femida.az -ın xəbərinə görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən polis mayoru Urman Hökümulla oğlu Ağayev Mingəçevir şəhər Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsindən azad edilərək Zərdab rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Zərdab rayon Polis Şöbəsinin xidmət rəisi vəzifəsində polkovnik- leytenant Bilal Nuriyev çalışıb.

Açar sözlər:

Oxunub: 1006