Tənha yaşlılara DOST dəstəyi


13:13     28 Mart 2020 2020/03/15853-1585386756_1585387131.jpg


“Könüllü DOST”lar indiki şəraitdə tənha yaşlılarımıza əsl dost dəstəyi göstərməkdədirlər. Yaşı 65-dən yuxarı olan tənha vətəndaşların evlərində sosial məişət xidmətləri ilə təmin edilməsi işlərində onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri ilə birgə fəaliyyətdədirlər.


Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Femida.az-a verilən məlumata görə, DOST Agentliyinin könüllüləri tənha yaşayan yaşlı insanlarımıza ev işlərində fəallıqla, həvəslə dəstək olurlar. Onlar tənha yaşlılara lazım olan ərzaq məhsullarının və dərman vasitələrinin alınmasında, müxtəlif kommunal ödənişlərin edilməsində və s. kömək göstərirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 429


Oxşar xəbərlər