Karantin rejiminə əməl etməyənlər cəzalandırılır


13:22     28 Mart 2020 2018/02/polis_yeni_1518511611.jpg

Polis paytaxtda xüsusi karantin rejim qaydalarının pozulması hallarına qarşı tədbirləri davam etdirir.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 29 mart saat 00:00-dan etibarən əhalinin hərəkəti üzrə bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.

"Şəhər sakinlərini xüsusi karantin rejim qaydalarına əməl etməyə çağırırıq. Qaydalara əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunur", - deyə məlumatda qeyd olunub.

Açar sözlər:

Oxunub: 538