Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır


16:34     28 Mart 2020 1442037015_trend_tehsil_nazirliyi_education_ministre_300615_3.jpg

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarları nəzərə alınaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il aprel ayının 20-dək fəaliyyətini dayandırır.


Bu barədə Femida.az-a Nazirlikdən məlumat verilib.

Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 513