Azərbaycanda 3 mindən çox sığorta işçisi evdən işləyəcək
18:22 28 Mart 2020
Dünya üzrə geniş bir ərazini əhatə edən və minlərlə insanın sağlamlığına zərər vuran koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və insanların sağlamlığının qorunması məqsədi ilə Nazirlər Kabinetinin qərarı əsasında ölkə ərazisində bir çox biznes sahələrində qeyri-iş günləri müəyyən edilib.
Femida.az xəbər verir ki, bu barədə "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin açıqlamasında bildirilir.
Məılumatda həmçinin deyilir ki, sığorta şirkətləri bu qərar əsasında ofislərində də fəaliyyətlərini qismən dayandırıb.
"Məlum olduğu kimi Azərbaycanda sığorta sektorunda 3000 nəfərdən çox əməkdaş fəaliyyət göstərir. Onların sağlamlıqlarını qorumaq, virusun yayılmasının məhdudlaşdırmaq üçün əməkdaşların ofislərdə fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və rəhbərliyin qərarı əsasında əməkdaşlar öz fəaliyyətinlərinə evlərində, tam rahat və təhlükəsiz şəraitdə davam edə biləcəklər.
Bununla belə, Azərbaycanda sığorta hadisələrində vətəndaşlara göstərilən xidmətlərdə və fəaliyyətlərdə heç bir dəyişiklik olmayıb. Sığorta şirkətləri tam ştat olaraq vətəndaşlara göstərilən sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsinə çalışır. Təbii ki, təhlükəsizlik qaydalarına əməl etməklə hadisələrin tənzimlənməsi üzrə fəaliyyət göstərən əməkdaşlar hadisə baş verən zaman əvvəlki qaydada olduğu kimi vətəndaşlara kömək edə biləcək", - deyə ASA bəyan edib.
Femida.az
Oxunub: 701
Oxşar xəbərlər
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişikliklər təsdiqlənib
- Azərbaycanda daha çox qəza törətmiş sürücülərin icbari avtomobil sığortası artırıla bilər
- Azərbaycanda daha 700 xidmət icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil edilir
- Onkoloji xəstəliklər gələn ildən icbari tibbi sığortaya cəlb ediləcək
- Sosial sığorta ödənişlərinin gecikməsinin səbəbi açıqlanıb
- “İşsizlikdən sığorta haqqında" qanuna dəyişikliklər ediləcək
- İşsizlikdən sığorta ödənişi ilə bağlı gözləmə müddəti ləğv edilib, staj tələbi azaldılıb
- Hərbçilərin icbari sığortasının detalları açıqlanıb