DİM şagirdlərə müraciət edib
09:47 29 Mart 2020
Dövlət İmtahan Mərkəzi şagirdlərə müraciət edib.
DİM-in mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Mərkəzin “Youtube” kanalına "vizuallaşdırılmış dərs"lərin yerləşdirilməsi davam edir. Bu layihə çərçivəsində buraxılış və qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “vizuallaşdırılmış dərs” formasında hazırlanır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur.
Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalına yerləşdirilir.
Mərkəz orta ümumtəhsil müəssisələrində dərslərin mart ayının əvvəllərindən dayandırıldığını nəzərə alaraq şagirdlər üçün əlverişli olsun deyə, 2019-2020-ci ilin tədris planında 01.03.2020-ci il tarixindən sonrakı dövrə aid mövzular üzrə hazırlanmış “vizuallaşdırılmış dərs”lərin siyahısını (V-VII sinif) ayrıca təqdim edib.
Oxunub: 532
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Ulduzların əhatəsində Samsung-un təqdimatı!
- Hər kəsin uzun zamandır gözlədiyi təqdimat: “Samsung” növbəti dəfə təəccübləndirdi
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- DİM abituriyentlərə ediləcək güzəştlərin detallarını açıqlayıb
- Özünü İmam Mehdi kimi təqdim edən şəxsin insanları necə aldatdığı məlum olub
- Bakıda özünü şəhid qardaşı kimi təqdim edən şəxs həbs olunub
- Bakıda xadimə işlədiyi evdən 24 min manat pul oğurlayıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib