Bakı polisi: "Hər bir vətəndaş həmrəylik nümayiş etdirməlidir"
11:13 29 Mart 2020
"Bütövlükdə işin ümumi ahəngi və bizim çağırışlarımız, tövsiyələrimiz ona yönəlib ki, əhali koronavirusa və pandemiyaya qarşı mübarizədə maksimum fəallıq göstərməli, həmrəylik nümayiş etdirməlidir".
Femida.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, xüsusi zərurət və ehtiyac olmadıqda vətəndaşların çölə çıxmamaları tövsiyə olunur:
"Vətəndaşlar həmrəylik göstərməklə əslində dövlətə, bu sahədə təşkilatlanmış strukturlara kömək etmiş olurlar ki, bizim də iş yükümüzü azaltmış olurlar. Dünyada baş verənlərlə bağlı Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərə baxdıqda və Azərbaycanla müqayisə etdikdə, ölkəmizdə durum o qədər acınacaqlı deyil. Amma bütövlükdə bu bəşəri bəlanın aradan qalxması və ölkəmizin minimum itkilərlə xilas olması üçün hər bir vətəndaş həmrəylik nümayiş etdirməlidir".
Oxunub: 1007
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"