Bakıda sərnişin taksi sürücüsünü bıçaqlayıb


12:18     29 Mart 2020 bicaq.jpg

Sabunçu rayonunun Bilgəh qəsəbəsində 68 yaşlı taksi sürücüsü bıçaqlanıb.

Femida.az xəbər verir ki, sürücü Atlasov Aleksandr sərnişindən ödəniş tələb edib. Bu zaman sərnişin pul verməkdən imtina edərək sürücüyə bıçaqla zərbə endirib. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 637