“Azəriqaz” müştəri xidmətlərini bərpa edib
19:12 29 Mart 2020
Martın 29-dan etibarən "Azəriqaz" İstehsalat Birliyi Heydər Əliyev prospektində yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində və 1 saylı “ASAN Kommunal” mərkəzində, hər birində 2 pəncərə olmaqla müştəri xidmətlərini bərpa edib.
Birlikdən Femida.az-a verilən məlumata görə, bu məkanlarda abonentlərin ilk növbədə qazsız qalmaması üçün ən zəruri xidmətlər (itirilmiş və ya zədələnmiş smart kartların bərpası, koda düşmüş kartların bərpası və s.) təqdim olunur. Bununla yanaşı Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrində, Gəncə, Şəmkir, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional qaz istismar İdarələri və Sumqayıt qaz istismar Sahəsində də eyni xidmətlər göstərilməkdədir. Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da (Nizami rayonu, Babək pr. 21/24) abonentlər qəbul olunur, müraciətlərinə baxılır.
Qeyd edək ki, martın 20-dən 28-dək qeyri-iş günlərində təkcə paytaxt üzrə ümumilikdə 1600-ə yaxın müraciətə baxılıb. Onların arasında itirilmiş və ya zədələnmiş smart kartların bərpası, koda düşmüş kartların bərpası ilə bağlı müraciətlər çoxluq təşkil edib.
Femida.az
Oxunub: 811
Oxşar xəbərlər
- “Azəriqaz”ın əməkdaşına qarşı zor tətbiqi ilə bağlı cinayət işi başlanıb
- “Azəriqaz”: “Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur”
- “Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək
- “Azəriqaz” MTK-larda yaşayan sakinlərə müraciət edib
- “Azəriqaz” media mənsubları üçün “Açıq qapı” aksiyası keçirəcək
- “Azəriqaz”ın əməkdaşlarına xəsarət yetirilib
- “Azəriqaz”ın baş direktoru ona müraciət edən vətəndaşlara özü zəng edəcək
- “Azəriqaz”ın rəhbərliyi şəhid ailələrinə baş çəkib
- “Azəriqaz” ödənişlərlə bağlı vətəndaşlara müraciət etdi
- “Azəriqaz”: Qaz çəkilişi heç bir rüsum və üçün ödəniş tələb edilmir