Bakı polisi nəzarət tədbirlərini davam etdirir


19:26     29 Mart 2020 2020/03/57a0ab54-83f7-414f-baa3-a3bf4824e895_1585497220.jpg

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə riayət edilməsinə nəzarətin gücləndirilməsi məqsədiylə polis əməkdaşları tərəfindən tədbirlər Bakı şəhəri, eləcə də digər şəhər və rayonlarda tədbirlər davam etdirilir.

Bakı Şəhər Baş Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, bu məqsədlə qadağalara baxmayaraq, hələ də işləyən ictimai iaşə obyektləri polis əməkdaşları tərəfindən müəyyən edildiyi təqdirdə həmin yerlərin fəaliyyəti məhdudlaşdırılır.

Həmçinin yol polisləri tərəfindən sürücülər saxlanılaraq onlarla profilaktrik söhbətlər aparılaraq nizam-intizama dəvət edilir. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək "evdə qal" kampaniyasına qoşulmaq tövsiyə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 683