Koronavirusdan ölənlər necə dəfn olunur? - AÇIQLAMA


21:53     29 Mart 2020 defn%20merasimi%2029.jpg

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan dünyasını dəyişən şəxslərin necə dəfn olunması ilə bağlı məsələyə aydınlıq gətirib.

Femida.az xəbər verir ki, bu barədə TƏBİB-in cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər üztə mütəxəssis Fərrux Sədirov açıqlama verib.

O bildirib ki, koronavirusdan ölən şəxslərin dəfni ilə əlaqədar xüsusi tədbirlərə ehtiyac yoxdur: "Bu, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də yer alır".

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə bundan öncə KİV-ə açıqlamasında qeyd etmişdi ki, koronavirusdan ölən şəxs normal dini qaydalarla dəfn oluna bilər: "Bu, başqa tənəffüs infeksiyalari kimi xəstəlikdir. ÜST tərəfindən hər hansı xüsusi tapşırıqlara rast gəlməmişik. Spesifik nəsə yoxdur".


Femida.az

Açar sözlər:

Oxunub: 1457