Göygöl sakini kirayə qaldığı evdə bıçaqlanıb


09:02     30 Mart 2020 bicaq.jpg

Gəncədə bıçaqlanma olub.

Femida.az -ın məlumatına görə, hadisə şəhərin Köhnə Şəmkir avtovağzalı adlanan ərazisində qeydə alınıb.

1985-ci il təvəllüdlü Göygöl rayon sakini Elfaq İsayev kürək nahiyəsindən aldığı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı səbəbdən bıçaqlanması məlum deyil.


Məlumata görə E.İsayev kirayə qaldığı evdə bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 694