Bakıda piyadanı avtomobil vurub


09:22     30 Mart 2020 meyid_piyada_olumu_00014.jpg

Bakının Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

1953-cü il təvəllüdlü Nəcəfov İntiqam Abbasqulu oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vurib. Yaralı sağ baldırın sınığı diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

Açar sözlər:

Oxunub: 644