Bakı polisi Sumqayıt sakinindən narkotik götürüb


11:29     30 Mart 2020 20_03_30_1585553450.jpg

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.


Femida.az -ın məlumatına görə, Nərimanov rayon Polis İdarəsinin Post Patrul bölüyünün əməkdaşları ərazidə xidmət apararkən bir nəfərin özünü şübhəli apardığını müşahidə ediblər.

Polis əməkdaşları Sumqayıt sakini, 1970-ci il təvəllüdlü F. Xəlilovun üzərində axtarış aparılıblar. Bu zaman ondan 0,062 qram heroin, 3, 009 qram metamfetamin aşkarlanıb.


Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 658