Ermənistanda daha 58 nəfər koronavirusa yoluxub


12:33     30 Mart 2020 20_03_30_1585556378.jpg

Ermənistanda koronavirusa yoluxanların sayı 482-y çatıb.

Femida.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Xəstəliyə Nəzarət və Proflikatika Mərkəzi yayıb.

Martın 30-u saat 11.00-a olan məlumata əsasən, son sutka ərzində daha 58 nəfər virusa yoluxub.

Qeyd edək ki, indiyə qədər Ermənistanda infeksiyadan 3 nəfər ölüb.

Açar sözlər:

Oxunub: 702