Uşaqlar üçün onlayn təlim keçiriləcək
14:01 30 Mart 2020
Uşaqlar üçün "Həyati bacarıqlara yiyələn!" mövzusunda onlayn təlim keçiriləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Femida.az-a verilən məlumata görə, təlim Komitənin əməkdaşı, Böyük Britaniyada Beynəlxalq siyasət (Qloballaşma, Yoxsulluq və İnkişaf) sahəsi üzrə magistr təhsili almış və bu sahədə beynəlxalq təcrübəsi olan Fərid Ədilov tərəfindən aparılacaq.
Hazırda davam edən koronavirus pandemiyası və bununla əlaqədar ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarına uyğun olaraq, Komitə tərəfindən bir sıra tədbirlərin onlayn formada keçirilməsi planlaşdırılır.
Bu istiqamətdə növbəti tədbir olaraq uşaqlar üçün "Həyati bacarıqlara yiyələn!" mövzusunda 1 aprel 2020-ci il, saat 14:00-da onlayn təlim keçiriləcək.
Təlim uşaqlara müasir dövrün tələblərinə uyğun olaraq, bilik və bacarıqların əldə edilməsi, bu bacarıqların inkişaf etdirilməsi və onlardan səmərəli istifadə yolları məsələlərini əhatə edəcək. Təlim Komitənin rəsmi Facebook səhifəsində canlı yayım formasında keçiriləcək, verilmiş suallar cavablandırılacaq.
Femida.az
Oxunub: 812
Oxşar xəbərlər
- Uşaqların sosial xidmət müəssisələrinə qəbulu qaydası müəyyənləşdi
- Uşaqların nikahda olmayan əcnəbilərə övladlığa verilmə qaydası müəyyənləşir
- Uşaqların bu sahədə çalışdırılması qadağan edilir
- Uşaqların məktəbə gəlməsilə bağlı valideynlərə seçim imkanı veriləcək
- Uşaqlarla qəddar rəftar edən valideynlər DİQQƏT! - Tədbir görüləcək
- Uşaqların mərc oyunlarında iştirakına yol verənlər cərimələnəcək
- Uşaqlara 3 yaşa qədər qulluq edən analara yeni hüquq verilə bilər
- Uşaqlara ot yedirdən şəxslərlə bağlı dövlət qurumlarına müraciət olundu
- Uşaqların doğulanadək cins seçiminin qarşısı alınacaq
- Uşaqların şiddətə məruz qalmaması üçün qabaqlayıcı tədbirlər