Ermənistan ordusunda koronavirusa yoluxanların sayı artır


15:57     30 Mart 2020 ermeni%20ordu%20itki.jpg

Ermənistan silahlı qüvvələrinin daha bir hərbçisi koronavirusa yoluxub.


Femida.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan yayıb.

Onun sözlərinə görə, hərbçi təcrid edilib.

Mətbuat katibi orduda virusa 6 nəfərin yoluxduğunu da qeyd edib.

Xatırladaq ki, indiyədək Ermənistanda 482 nəfər koronavirusa yoluxub, 3 nəfər isə ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 854