Azərbaycanda anbarlarda qalan malların onlayn satışına icazə verildi
18:24 30 Mart 2020
Daxili İşlər Nazirliyi (DİN) iri ticarət mərkəzlərinin anbarlarında qalan mallarla bağlı açıqlama yayıb.
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun Femida.az-a verdiyi məlumata görə, xüsusi karantin rejimi dövründə insanların bir-biri ilə təmasını, ünsiyyətini aradan qaldırmaq məqsədi ilə iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb:
“Lakin buna baxmayaraq, həmin ticarət mərkəzlərində çalışan sahibkarlar anbarlardakı mallarını onlayn satışını həyata keçirə bilərlər. Karantin dövründə onlayn ticarətin imkanlarından istifadə daha doğru seçimdir. Bu zaman satanla alan arasında birbaşa ünsiyyət və təmasın olmaması hər bir vətəndaşın sağlamlığının müdafiəsi deməkdir. Ona görə də sahibkarlara onlayn qaydada mallarını satmaq tövsiyə olunur”.
Femida.az
Oxunub: 917
Oxşar xəbərlər
- Ukraynalı general: "Son 1 həftədə Rusiyanın 10-dan çox silah-sursat anbarı məhv edilib"
- Yəməndə silah anbarında partlayış olub, ölən və yaralananlar var
- Ağdaşda anbar və mağazadan oğurluq edən şəxslər saxlanılıb
- Qarabağda iki su anbarı tikiləcək
- Bakıda mağazanın anbarından oğurluq edilib
- Ukrayna MN: "Nikolayevdə Rusiyanın 20 texnikası və döyüş sursatu anbarı məhv edilib"
- Bakıda anbarda yanğın olub
- Gəncədə şirkətin anbarından 7 min manatlıq oğurluq edilib
- Astarada su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb
- Azərbaycanda yeni su anbarlarının yaradılmasına başlanılıb