Azərbaycanda anbarlarda qalan malların onlayn satışına icazə verildi


18:24     30 Mart 2020 20_03_30_1585577154.jpg


Daxili İşlər Nazirliyi (DİN) iri ticarət mərkəzlərinin anbarlarında qalan mallarla bağlı açıqlama yayıb.


DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun Femida.az-a verdiyi məlumata görə, xüsusi karantin rejimi dövründə insanların bir-biri ilə təmasını, ünsiyyətini aradan qaldırmaq məqsədi ilə iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb:

“Lakin buna baxmayaraq, həmin ticarət mərkəzlərində çalışan sahibkarlar anbarlardakı mallarını onlayn satışını həyata keçirə bilərlər. Karantin dövründə onlayn ticarətin imkanlarından istifadə daha doğru seçimdir. Bu zaman satanla alan arasında birbaşa ünsiyyət və təmasın olmaması hər bir vətəndaşın sağlamlığının müdafiəsi deməkdir. Ona görə də sahibkarlara onlayn qaydada mallarını satmaq tövsiyə olunur”.

Femida.az

Açar sözlər: #anbar  

Oxunub: 916