Bakı yolları xüsusi məhlullarla yuyulur


19:57     30 Mart 2020 20_03_30_1585583957.jpg

Koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərinin yuyucu məhlullarla yuyulmasına başlanılıb.

Femida.az xəbər verir ki, yolların yuyucu məhlullarla yuyulması işləri ilk olaraq Nərimanov rayonunun Ceyhun Hacıbəyli küçəsində həyata keçirilib.

Prosesə Bakı şəhərinin Mənzil-Kommunla Təsərrüfat Departamentinin əməkdaşları cəlb olunub.

Ərazinin yuyucu məhlullarla yuyulması prosesi şəhərin digər küçə və prospektlərində də həyata keçiriləcək.

Qeyd edək ki, yolların yuyucu məhlullarla yuyulması prosesi dezinfeksiya işləri ilə birlikdə həyata keçirilir.

Bakıda parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı, insanların sıx toplaşdığı ərazilərdə oturacaqlar, səkilərdən tutmuş hər bir yer gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya edilir.

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən, Bakı şəhəri üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda, evdən çölə çıxmamağı tövsiyə edir. Əhaliyə evlərini tərk etməmək və kütləvi yerlərdə toplaşmamaq tövsiyə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 709