Küçəyə yalnız bu hallarda çıxmaq mümkün olacaq


20:35     30 Mart 2020 20_03_30_1585586441.jpg


Bütün əhaliyə küçəyə çıxmaq qadağan olunur.

Femida.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, yalnız o şəxslərə çölə çıxmaq olarki, onlar üçün xüsusi icazə olsun:

"Digər insanlar ancaq yaxın ərazilərdə olan market və apteklərə gedə bilər. Bir də zibillərin atılması üçün çölə çıxa bilərlər".

Nazirlər Kabinetinin bu günkü qərarına əsasən, fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür.

Femida.az

Açar sözlər: #koronavirus   #Azərbaycan   #küçə   #qadağa  

Oxunub: 984