Salyanda kişi ölümcül döyüldü - FOTO


23:23     01 Dekabr 2015 salyan.PNG


Salyanda döyülmə hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 37 yaşlı Osman Davud oğlu Bağırov həmkəndlisi Elçin Kazımov tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"a bildirilib ki, yaralı ağır bədən xəsarətləri ilə huşsuz halda qəbul şöbəsinə gətirilib: "O.Bağırov həkimlər tərəfindən müayinə olunub. O, qapalı-kəllə beyin travması, baş-beyin silkələnməsi diaqnozu ilə xəstəxananın Travmatologiya Şöbəsinə yerləşdirilib.
Zərərçəkənin qardaşının sözlərinə görə, mübahisə O.Bağırovun otardığı xırdabuynuzlu mal-qaranın E.Kazımovun tarlasına girməsi üstə baş verib.

Qeyd edək ki, O.Bağırov şəhid Ağalar Bağırovun qardaşıdır.
Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1128