Çində meşə yanğını nəticəsində azı 19 nəfər ölüb


10:53     31 Mart 2020 20_03_31_1585637638.jpg

Çinin cənubi-qərbində yerləşən Siçuan əyalətində meşə yanğınının söndürülməsi zamanı ən az 19 nəfər ölüb.

Femida.az -ın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərdən 18-i yanğınsöndürən, 1-i isə meşə təsərrüfatı işçisi olub.

Yanğın martın 30-da yerli vaxtla 15:50-də (Bakı vaxtı ilə 11:50-də) əyalətin cənubunda yerləşən Lianşan-İy muxtar dairəsinin Siçan şəhəri yaxınlığında baş verib və güclü külək nəticəsində sürətlə yayılmağa başlayıb.

Bazar ertəsindən çərşənbə axşamına keçən gecə, təxminən saat 02:00 radələrində (bazar ertəsi Bakı vaxtı ilə 22:00) 18 yanğınsöndürən və onlara bələdçilik edən bir nəfər meşə təsərrüfatı işçisi küləyin istiqamətinin kəskin dəyişməsi nəticəsində yanaraq ölüb.

Ümumilikdə, yanğının söndürülməsinə 700-ə yaxın hərbçi və 300-ə yaxın yanğınsöndürən cəlb olunub.

Açar sözlər:

Oxunub: 629