Qubada xüsusi karantin rejimi çərçivəsində nəzarət gücləndirilib
11:23 31 Mart 2020
Qubada xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət gücləndirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.
Belə ki, RPŞ-nin PPXB-nin əməkdaşları rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda vətəndaşlar ilə mütəmadi olaraq maarifləndirici söhbətlər apararaq onlara evdə qalmalarını tövsiyələr edirlər. Həmçinin yaşı 65-də yuxarı olan şəxslər müəyyən edildikdə onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri çatdırılır, evdə qalmaları barədə xəbərdarlıq edilir.
Bundan əlavə RPŞ-nin DYPB-nin əməkdaşları rayon ərazisində nəqliyyat vasitələrini idarə edən sürücülərlə də profilaktiki söhbətlər apararaq, xüsusi karantin rejiminə əməl etmələrini və lüzumsuz yerə nəqliyyat vasitəsi idarə etməyərək “evdə qal” kompaniyasına qoşulmalarının zəruriliyini bildirirlər.
Oxunub: 768
Oxşar xəbərlər
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Qubadakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edilib
- Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
- Qubada avtomobil yolu keçən qadın piyadanı vuraraq öldürüb
- Qubada 35 yaşlı kişi qətlə yetirilib
- Qubada qadın baltalanıb, qızı anasını ölümdən xilas edib
- Qubada kişi keçmiş arvadını qətlə yetirib, sonra intihar edib
- Qubada daha 5 vəzifəli şəxsə cinayət işi başlanılıb
- Qubada avtoxuliqanlıq edən şəxs saxlanılıb
- Qubada yarım kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb