Salyanda "Topal" ləqəbli narkotacir saxlanılıb
11:36 31 Mart 2020
Salyan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, şöbəyə Salyan şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elvin Əliyevin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı həmin şəxs saxlanılıb.
Onun üzərində şəxsi axtarış zamanı narkotik vasitələr olan 52,263 qram heroin, 48,945 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Araşdırma zamanı Elvin Əliyev narkotik vasitələri satdığı adamlara adını deməyək özünü “Topal” kimi təqdim edirmiş.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Elvin Əliyev tutularaq istintaqa cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davan etdirilir.
Oxunub: 710
Oxşar xəbərlər
- Salyanda vətəndaşların kartlarından pul oğurlayan şəxs saxlanılıb
- Salyanda yol qəzasında xəsarət alan şəxslər xəstənada ölüb
- Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var
- Salyanda 4 yaşlı uşağı ilan sancıb, vəziyyəti ağırdır
- Salyanda traktorla avtomobil toqquşub, xəsarət alanlar var
- Salyanda avtomobil maneəyə çırpılıb, ana və övladları xəsarət alıb
- Salyanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs cərimələnib
- Salyanda 14 yaşlı yeniyetmə itkin düşüb
- Salyanda iki avtomobil toqquşub, ata və oğlu xəsarət alıb
- Salyanda baş verən qətlin bəzi təfərrüatları məlum olub