BŞBPİ paytaxt sakinlərinə müraciət edib


12:18     31 Mart 2020 20_03_31_1585642805.jpg

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə müraciət edib.


BŞBPİ-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumatda qeyd olunur ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə paytaxtda sosial izolyasiya tədbirlərinin və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir. Xüsusi karantin rejimi çərçivəsində polis Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə xidmət aparır.

“Paytaxt sakinlərinə tövsiyə edirik ki, xüsusi karantin rejim qaydalarına əməl etsinlər, sosial izolyasiya, özünütəcrid tədbirlərinə uyğun davransınlar”, - BŞBPİ-dən bildirilib.

Açar sözlər:

Oxunub: 868