Rusiyada karantin rejimini pozmağa görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul olunub
12:47 31 Mart 2020
Rusiya Dövlət Duması üçüncü oxunuşda karantin rejimini pozmağa görə cinayət məsuliyyəti haqqında qanun layihəsini qəbul edib.
Femida.az -IN verdiyi məlumata görə, qanun layihəsinin təşəbbüskarları Dumanın dövlət quruculuğu komitəsinin sədri Pavel Kraşeninnikov və parlamentin spikeri Vyaçeslav Volodindir.
Yeni qanun layihəsinə görə, sanitar-epidemioloji qaydaları pozanlar 500 min rubldan 1 mln. rubladək cərimə və ya sahibi olduğu sənətlə 3 ilə qədər məşğul ola bilməmək cəzası, ya da 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası alacaqlar.
Qeyd edək ki, hazırda koronavirusa görə təcriddə qalmağın vacibliyi tövsiyə xarakteri daşıyır. Bunu pozmağa görə sanksiya ancaq qayda pozuntusunun insan ölümünə və ya kütləvi şəkildə yoluxmaya səbəb olduqda mümkündür.
Oxunub: 875
Oxşar xəbərlər
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiyada 82 nəfər kəskin bağırsaq infeksiyasına yoluxub
- Rusiyada təyyarə qəzası olub, ölənlər var
- Rusiyada 10 gün öncə radardan itən təyyarə tapılıb
- Rusiyada beş nəfər avtomobildə yanaraq ölüb
- Rusiyada təyyarə qəzasında ölənlərin sayı artıb
- Rusiyada "An-2" təyyarəsi radardan itib
- Rusiyadan Azərbaycana dərman preparatlarının gətirilməsinin qarşısı alınıb