Orduda tərxis 20-25 apreldə həyata keçiriləcək


13:37     31 Mart 2020 absordusu.jpg


“Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması məsələsi ilə bağlı bildiririk ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır”.

Bu barədə Femida.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq.

Femida.az

Açar sözlər: #ordu   #əsgər   #tərxis  

Oxunub: 517