65 yaşdan yuxarı 2 min şəxsə sosial xidmət göstərilib


14:10     31 Mart 2020 20_03_31_1585647901.jpg

Martın 24-30-da Bakı və respublikanın bölgələri üzrə vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə 20 min 253 müraciət daxil olub. Onlardan 4555-ni sosial xidmətlərin göstərilməsi ilə bağlı müraciətlər təşkil edib.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, müraciətlər əsasında 2208 şəxsin tənha yaşı 65-dən yuxarı şəxslər olduğu nəzərə alınmaqla, onlara sosial xidmətçilər tərəfindən evlərində sosial məişət xidmətlərinin göstərilməsinə başlanıb.

Beləliklə, evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb.

Həmin vətəndaşlara könüllülərin də dəstəyi ilə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaitləri ilə əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməkliklər göstərilir.




Femida.az

Açar sözlər: #sosial   #yardım   #qoca  

Oxunub: 791