İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.2 milyon manat köçürüb
15:09 31 Mart 2020
İqtisadiyyat Nazirliyi ölkəmizdə koronavirus pandemiyasına (COVİD-19) qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,2 milyon manat vəsait köçürüb.
Bu barədə Femida.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, İqtisadiyyat Nazirliyinin və qurumlarının əməkdaşları bu sosial təşəbbüsü əmək haqqı və könüllü ianələri hesabına dəstəkləyiblər.
Sosial aksiyaya Nazirliyin aparatı və regional bölmələri, Nazirlik yanında Dövlət Vergi, Əmlak Məsələləri, Antiinhisar və İstehlak Bazarına Nəzarət dövlət xidmətləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Sumqayıt Kimya Sənaye Parkı” MMC, “Təmiz Şəhər” ASC, Sahibkarlığın İnkişafı Fondu, AZPROMO və s. qurumları qoşulublar.
Femida.az
Oxunub: 788
Oxşar xəbərlər
- İqtisadiyyat naziri özünə daha bir müşavir təyin edib
- İqtisadiyyat Nazirliyində yeni təyinat olub
- İqtisadiyyat Nazirliyi "Bazarstore"da pozuntu aşkar edib
- İqtisadiyyat Nazirliyi Qarabağın bərpası üçün konsepsiya hazırlayır
- İqtisadiyyat naziri Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb
- İqtisadiyyat Nazirliyində yeni kadr təyinatları
- İqtisadiyyat Nazirliyi istehlakçılara bildirişlər göndərməyə başlayıb
- İqtisadiyyat Nazirliyi hüquqi və fiziki şəxslərə müraciət etdi
- İqtisadiyyat Nazirliyində yeni kadr təyinatları
- İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı artırıldı - QƏRAR