Azərbaycanda daha 24 şəxs koronavirusa yoluxdu - Ölü sayı 5-ə çatdı
16:12 31 Mart 2020
Azərbaycan Respublikasında 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir.
Femida.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib.
Məlumatda deyilir:
"COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşının səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmiş və pasiyent vəfat etmişdir. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.
Qeyd edək ki, ölkəmizdə ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib. Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır. Müxtəlif karantin zonalarına yerləşdirilən 4 602 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir".
Femida.az
Oxunub: 947
Oxşar xəbərlər
- Xalq artisti Ənvər Həsənovun koronavirus testi pozitiv çıxıb, vəziyyəti ağırdır
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycan dünyada koronavirusla mübarizədə ön sıralarda qərarlaşıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib
- Azərbaycanda son sutkada 373 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
- Azərbaycanda son sutkada 399 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
- Azərbaycanda daha 306 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib
- Azərbaycanda daha 333 nəfər koronavirusa yoluxub