Prezident: "Kimsə vəzifədə olan dostlarına arxalanırsa, səhv yoldadır"
17:08 31 Mart 2020
"Vaxt gəlib çatıb ki, hələ də kölgədə fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq bu işlərə son qoysunlar. Biz səbrli olduq, biz vaxt verdik və hesab edirəm ki, bu vaxt çərçivələri kifayət qədər geniş idi".
Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, bir çox sahibkarlar artıq kölgə iqtisadiyyatından çıxıb, ağ iqtisadiyyatda fəaliyyət göstərir, dövlətin vergisini ödəyir, qeyri-formal məşğulluğu artıq öz gündəliyindən çıxarıb: "Ancaq elə sahibkarlar var ki, hələ də hesab edirlər ki, bunlar köhnə qayda ilə işləyəcəklər. Onlara mən birmənalı demək istəyirəm ki, bu keçməyəcək və heç kim onlara kömək etməyəcək. Əgər kimsə hansısa tanışlara, yaxud da qohumlara, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır. Özləri də cəzalandırılacaqlar, onlara himəyadarlıq edən də cəzalandırılacaq".
Prezident vurğulayıb ki, heç kimə güzəşt yoxdur: "Mən sizə bir daha tapşırıram və bütün Azərbaycan vətəndaşları mənim tapşırıqlarımı eşidir və görür ki, istisnasız olaraq bütün sahibkarlıq subyektləri kölgə iqtisadiyyatından çıxmalıdır. Beləliklə hesab edirəm ki, bizim bütövlükdə təmizləmə siyasətimiz öz gözəl nəticələrini verəcək. Azərbaycan iqtisadiyyatı öz dayanıqlı inkişafını davam etdirəcək".
Femida.az
Oxunub: 2595
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Ukrayna Prezident Ofisi "Amnesty International"ı sərt tənqid edib
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Şri-Lankada etirazçılar prezident iqamətgahını ələ keçirib