İlham Əliyev: "Dövlət qurumları mənə fərqli rəqəmlər təqdim ediblər"
17:24 31 Mart 2020
"Çalışmalıyıq ki, daxili təlabatı maksimum dərəcədə yerli istehsalla təmin edək. Özümüzü təminetmə əmsalına gəlidkdə, bu sahədə daha dəqiq statistika aparılmalıdır".
Femida.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, ona müxtəlif dövlət qurumlarından fərqli rəqəmlər təqdim edilib:
"Ona görə bunu da sizə tapşırıram ki, siz təhlil edin bütün dövlət qurumlarının rəqəmlərini və real vəziyyəti mənə məruzə edin ki, bizim özümüzü təminetmə əmsalı əsas istehlak malları üzrə nədən ibarətdir ki, biz daha dəqiq öz siyasətimizi proqnozlaşdıraq.
O cümlədən sahibkarlara dəstək fondu hesabına o sahələrə vəsait kredit ayıraq ki, o sahələr hələ ki, idxaldan asılıdır. Eyni zamanda bizim ixracımız və özümüzü təminetmə imkanlarımızı təhlil edərkən mütləq Azərbaycanda istehsal olunan mallara xarici kompanentinin faizini də nəzərə alınmalıdır. Çünki bəzi hallarda xarici xammal böyük paya gəlib çıxır. Ona görə də bu istiqamətlər üzrə İqtisadiyyat Nazirliyi fəal işləyir və bu işləri davam etdirir. Hesab edirəm ki, bütün bu işləri düzgün qura bilsək və mən buna şübhə etmirəm, bu çətin sınaqdan da şərəflə çıxa biləcəyik".
Femida.az
Oxunub: 779
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM