Əqli Mülkiyyət Agentliyi fiziki və hüquqi şəxslərə müraciət etdi


17:41     31 Mart 2020 2020/03/eqli_mulkiyyet_agentliyi_260320_1585661964.png

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.


Agentlikdən Femida.az-a verilən məlumata görə, yaranmış vəziyyətlə əlaqədar olaraq, Əqli Mülkiyyət Agentliyi müəlliflik hüququ obyektlərinin qeydiyyatı ilə bağlı ərizələrin qəbulunu yalnız elektron hökumət (E-gov) portalı, sənaye mülkiyyəti obyektləri barədə iddia sənədlərinin qəbulunu isə elektron poçt ([email protected]) vasitəsilə həyata keçirir və bilidirir ki, sənədlərin elektron poçt vasitəsilə qəbulu ölkəmizdə həyata keçirlən izolyasiya tədbirlərinə öz töhfəsini verəcək.

Eyni zamanda sənaye mülkiyyəti obyektlərində ilkinlik tarixinin əsas olduğunu nəzərə alaraq, qeyd etmək istəyirik ki, iddia sənədinin elektron poçta daxil olduğu tarix ilkinlik tarixi kimi nəzərə alınacaq.

Hazırda koronavirus infeksiyası (COVİD-19) ilə bağlı yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlər deyil, həm də vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir.
Yaranmış vəziyyəti nəzərə almağınızı xahiş edirik.

Femida.az

Açar sözlər:

Oxunub: 941