Könüllü fəaliyyətin istiqamətləri artırılır


22:35     31 Mart 2020 Milli-meclis-12.jpg

Könüllü fəaliyyətin istiqamətləri artırılır.

Femida.az-ın məlumatına görə, bu, “Könüllü fəaliyyət haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, “Sosial xidmət haqqında” qanununa uyğun olaraq çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi də könüllü fəaliyyətin istiqaməti kimi müəyyənləşib.

Beləliklə, cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və “Sosial xidmət haqqında” qanuna uyğun olaraq çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi könüllü fəaliyyətin istiqamətləri kimi müəyyən edilir.

Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 355