Bələdiyyələrlə əlaqədar iki qanun layihəsi hazırlanıb


09:16     01 Aprel 2020 trend_edliyye_nazirliyi_justice_ministry_album.jpg

Bələdiyyələrlə əlaqədar iki qanun layihəsi hazırlanıb.


Femida.az -ın məlumatına görə, bu, 2019-cu il üzrə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”də əksini tapıb.

Məruzədə qeyd edilib ki, Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması diqqət mərkəzində saxlanılıb: “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası məqsədilə hazırlanmış “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi baxılmaq üçün Nazirlər Kabinetinə göndərilib. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə” qanun layihəsi isə razılaşdırma mərhələsindədir”.

Açar sözlər:

Oxunub: 524